"Everton" klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Eldin Yakupoviçlə 1 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın əsas qolkiperi Cordan Pikford və Endi Lonerqan zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb. Bu səbəbdən 38 yaşlı qapıçı transfer edilib.

Qeyd edək ki, Yakupoviçin son klubu "Lester" olub.