“Mançester Yunayted” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” “Ayaks”ın braziliyalı oyunçusu Antoni ilə razılığa gəlib. Bu barədə “Goal” nəşri məlumat yayıb.
Mançester təmsilçisi yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. 22 yaşlı oyunçunun keçidi üçün Amsterdam klubuna 95+5 milyon avro ödəniləcək.
Qeyd edək ki, Antoni ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, Braziliya millisində isə 9 matçda 2 qol vurub, 1 qol ötürməsi verib.