"Mançester Yunayted" yeni qapıçı transfer etmək istəyir.

Offsideplus.az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"  "Qarabağ"ın sabiq qolkiperi Asmir Beqoviçi heyətinə qatmaq istəyir. 

 "Everton"da karyerasını davam etdirən 35 yaşlı bosniyalı oyunçu ikinci qapıçı kimi düşünülür.

Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ilin sentyabr ayından dekabradək icarə əsasında "Qarabağ"da oynayıb. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 17 oyunda iş başında olub.