"Çelsi" heyətinə yeni futbolçu qatmağa yaxındır.
Offsideplus.az "Tuttospor"a istinadən xəbər verir ki, London klubu "Yuventus"un 27 yaşlı yarımmüdafiəçisi Adrien Rabyo ilə razılığıa gəlmək üzrədir. "Zadəganlar" bu keçid üçün "qoca sinyora"ya 20 milyona yaxın pul ödəməyə hazırdır. Fransalı oyunçunun Turin təmsilçisi ilə sözləşməsi 2023-də başa çatır.
Qeyd edək ki, keçən ilin yayında komandaya qoşulan Rabyo bu sezon 45 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.



