Ule Qunnar Sulşerlə yolları ayıran "Mançester Yunayted" yeni baş məşqçi axtarışına çıxıb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin ilk "gözaltı"sı "Tottenhem"i çalışdırmış və hazırda PSJ-nin "sükanı arxasında"olan Maurisio Poçettinodur.
"Mirror" nəşrinin yaydığı məlumata görə, "qırmızı şeytanlar" 49 yaşlı mütəxəssisi növbəti mövsüm bu posta gətirməyə hazırlaşır.
"Mançester Yunayted" rəhbərliyi mövsümün qalan hissəsini təcrübəli Loran Blanla idarə etmək niyyətindədir.
Qeyd edək ki, Zinəddin Zidan və Erik ten Haqın da adı sözügedən klubla hallanır.