"Mançester Yunayted" norveçli baş məşqçisi Ole-Qunnar Sulşer ilə yolları ayırmağa qərar verib.

Offsideplus.az italiyalı jurnalist Fabrizo Romanonun "Tiviter" hesabına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis ilə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, Sulşer 2018-dən kluba rəhbərlik edirdi. O, futbolçu kimi 1996/2007-ci illər aralığında "qırmızı-şeytanlar"ın şərəfini qoruyub.