"Mançester Yunayted" klubunun baş məşqçisi Ule Qunnar Sulşer böyük təzyiq altındadır.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın "sükanı arxasında" son günlərini yaşayır desək, yanılmarıq. Belə ki, "Sun Sport" nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi ona postundan öz istəyi ilə getməsi üçün 8.8 milyon avro pul təklif edib.
Premyer Liqanın 9-cu turunda "evdə" "Liverpul"a 0:5 hesablı biabırçı məğlubiyyətdən sonra ona edilən təzyiqlər daha da artıb və mütəxəssisin istefası tələb olunur.
Növbəti turda "Tottenhem"lə keçiriləcək matç Sulşerin son şansı kimi qiymətləndirilir.
Onu da bildirək ki, "Mançester Yunayted" hazırda baş məşqçi postuna Antonio Konteni gətirmək üçün onunla danışıqlar aparır.