İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi postuna yeni mütəxəssis gətirməyi hədəfləyir.
Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqanın 9-cu turunda "evdə" "Liverpul"a biabırçı hesabla (0:5) məğlubiyyətin ardınca yeni baş məşqçi axtarışına çıxıb. Belə ki, Mançester təmsilçisi bu posta Antonio Konteni gətirməyi düşünür.
Məlumata görə, 52 yaşlı italiyalı mütəxəssislə görüş də keçirilib. Hazırda işsiz olan Kontenin bu təklifə müsbət yanaşdığı bildirilir.
Bu xəbər dünya futbol ictimaiyyətində çaşqınlıq yaradıb. Belə ki, bu gün "Mançester Yunayted"in hazırkı baş məşqçisi Ule Qunnar Sulşeri postunda saxlamaq qərarına gəldiyi barədə məlumatlar da yayılıb.
Qeyd edək ki, Kontenin keçidi reallaşacağı təqdirdə bu, italiyalının "Dumanlı Albion"da ikinci təcrübəsi olacaq. Konte 2016/18-ci illər aralığında "Çelsi"nin "sükanı arxasında" olub və bu komandayla Premyer Liqa çempionluğunu qazanıb.