2020/21 mövsümü üzrə İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Xosep Qvardiola mövsümün baş məşqçisi adına layiq görülüb. O, digər həmkarları Ole Qunnar Sulşer ("Mançester Yunayted"), Marselo Byelsa ("Lids Yunayted"), Devid Moyes (Vest Hem), Brendan Rocersi ("Lester Siti") geridə qoyub.
Qeyd edək ki, Qvardiolalı "Siti" geridə qoyduğumuz mövsüm İngiltərə çempionu olub.