"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşerin sərəncamında görmək istədiyi futbolçuların adları məlum olub.

Offsideplus.az ""The Guardian"a istinadla xəbər verir ki, norveçli mütəxəssis 4 futbolçunun xidmətində maraqlıdır. Bunlar "Vilyareal"dan Pau Torres, "Vest Hem"dən Deklan Rays, Dortmund "Borussiya"sından Ceydon Sanço, "Tottenhem"dən Harri Keyndir. 

Qeyd edək ki, "Mançester Yunayted" rəhbərliyi Sulşerlə 2022-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilənin müddətini artırmaq niyyətindədir.