"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş və baş məqçi Ole Qunnar Sulşer arasında dava düşüb.
Offsideplus.az "Manchester Evening News"a istinadən xəbər verir ki, dünən "qırmızı şeytanlar" "Brayton"u 2:1 hesablı geridönüşlə məğlub etdiyi oyunun fasiləsində əsəblər tarıma çəkilib. Belə ki, Fernandeş və Sulşer arasında mübahisə yaranıb. Ciddi mübahisə edən ikilinin güclə sakitləşdirildiyi bildirilir.
Qeyd edək ki, birinci hissədə 1:0 hesabı ilə geridə olan "Mançester Yunayted", ikinci hissədə Mason Qrinvud və Markus Reşfordun qolları ilə qalib gəlib.