İngiltərə Premyer Liqasında yeni qayda tətbiq olunacaq. 

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın səhmdarlarının iclasında XXIII turdan etibarən futbolçuların birinin beyin silkələnməsindən şübhə yaranacağı təqdirdə, əlavə əvəzetməyə icazə veriləcəyi təsdiqlənib.

Son qərarı Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) İdarə Heyəti verəcək. Əvəzetmə gerçəkləşsə, rəqib komandaya da eyni imtiyaz veriləcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında XXIII tur fevralın 6-da başlayacaq.