"Mançester Yunayted" heyətini gücləndirmək istəyir.

Daha doğrusu, baş məşqçi Ule Qurnnar Sulşer rəhbərliklə söhbətdə yeni futbolçuların alınmasının zəruriliyini qeyd edib.

Offsideplus.az "The Atheltic"ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "transfer pəncərəsi" açıq olduğu dönəmdə 3 futbolçu ilə müqavilə bağlayacaq. Hazırda Premyer Liqanın 2-ci pilləsində qərarlaşan "Mançester Yunayted" mövsümü çempion kimi başa vurmaq üçün dəridən-qabıqdan çıxır.