"Mançester Yunayted" müqavilə ilə Çinin Shanghai "Şenhua"ya məxsus olan Odion İqalonun icarə müddətini uzadıb.
Offsideplus.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, icarə müqaviləsi mayın 31-də bitən İqalo 2021-ci ilin yanvar ayının sonunadək “qırmızı şeytanlar”da çıxış edəcək.
Qeyd edək ki, bu ilin yanvar ayından "Mançester Yunayted"də oynayan 30 yaşlı hücumçu, 8 matçda 4 qol vurub.