"Mançester Yunayted"in transfer siyahısı bəlli olub.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" mövsümlərarası fasilədə 5 futbolçu ilə heyətini gücləndirmək niyyətindədir.

Premyer Liqa təmsilçisinin maraqlandığı oyunlar aşağıdakılardır:

Ceydon Sanço (“Borussiya”, Dortmund), Mussa Dembele (“Lion”), Vissam Ben Yedder (“Monako”), Viktor Osimhen (“Lill”) və İbrahim Konatedir (“Leypsiq”)

Qeyd edək ki, "Mançester Yunayted" əsas Sançonu heyətinə qatmaq istəsə də, digər oyunçuları da almaqda maraqlıdır.