İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la cavab qarşılaşmasında (1:0) zədələnən Markus Reşfordun durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Sulşer “Mançester Yunayted”din 22 yaşlı hücumçusu 2-3 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Ayaq biləyindən zədə alan Reşfordun əməliyyat oluna biləcəyi də bildirilib.

Bu mövsüm Premyer Liqada 22 oyuna çıxan Reşford, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.