"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer məğlubiyyətlərdən sonra gülümsədiyini görmək istəmədiyini söyləyən klubun keçmiş hücumçusu Robin van Persinin açıqlamasına reaksiya verib.

Offsideplus.az xəbər verir ki, norveçli mütəxəssis bu adətini tərgitməyəcəyini bildirib: "Mən Robini tanımıram və Robin də məni tanımır. Yəqin ki, mənim iş prinsipimi tənqid etməyə haqqı yoxdur, dəyişməyəcəyəm. Bu, mütləqdir. O məndən 20 nömrəli formamı götürüb və ehtimal ki, məndən aldığı tək şey bu olub. Biz orta əsrlərdə yaşamırıq”.

"Mançester Yunayted" 21 turdan sonra 31 xalla 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Robin van Persi 2012-2015-ci illərdə "Mançester Yunayted"in formasını geyinib.