İngiltərənin "Mançester Yunayted" klubu Ole-Qunnar Sulşerin baş məşqçiliyini rəsmiləşdirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mourinyonun gedişindən sonra, baş məşqçini əvəzləyən Sulşerin rəhbərliyi altında komanda 19 matçdan 14-də qalib gəlib.