"Mançester Yunayted"in sabiq baş məşqçisi  Joze Mourinyo "Atletiko"nun çalışdırıcısı Dieqo Simeonenin qeyri-etik qol sevincinə münasibət  bildirib.

Offsideplus.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə  görə, o, argentinalı mütəxəsssin özü ilə müqayisədə az tənqid olunduğunu deyib:

"Simeonenin hərəkətini mənim etdiyimi düşünə bilərsiniz? O  zaman nələr olacağını fikirləşirsiniz? Əlbəttə ki, daha çox tənqid olunardım. Mənə fərqli münasibət göstərirlər. Bunun səbəbini bilmirəm".

Qeyd edək ki, Simeone Çempionlar Liqasının 1/8  finalında "Yuventus"la ilk matçda (2:0) komandasının  ilk qolunun sevincini qeyri-etik şəkildə qeyd edib.