“Tottenhem”in koreyalı legioneri Hın Min Son komandadakı əlsıxma ritualı barədə danışıb.O
ffsideplus.az xəbər verir ki, Son komandada demək olar ki, hər kəslə ayrı-ayrı əlsıxma ritualının olduğunu bildirib. Ancaq o, bu ritualı özünün müəyyənləşdirmədiyini deyib:
“Azarkeşlər deyirlər ki, bu ritualı mən müəyyənləşdirmişəm. Ancaq belə deyil. Mənə elə gəlir ki, onu Dele Alli fikirləşib.
Mənim üçün əlsıxma ritualı xüsusi zarafatdı. Uşaqlar mənim üçün təkcə komanda yoldaşı yox, həm də dostdular. Ona görə də, onların hər biri ilə xüsusi salamlaşma ritualım var. Əksəriyyətinin də xoşuna gəlir.
Ancaq bossun (baş məşqçi) əlini sıxmıram. Ona sadəcə, “salam” deyirəm. Belə şeyi Mourisio Poçettinoya təklif etmək mənim üçün çox qorxuludu”.