Antonio Marsyal "Mançester Yunayted”lə qüvvədə olan müqaviləsini uzadıb. 

Offsideplus.az xəbər verir ki, yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Amma 2024-cü ildə daha bir illiyinə uzadıla bilər. 
Müqavilənin maliyyə şərtləri barədə məlumat verilmir. Maraqlıdır ki, Joze Mourinyonun vaxtında Marsyalın MY-dən ayrılacağı bildirilirdi. Onun Joze ilə münasibətləri qaydasında deyildi. Portuqal mütəxəssis də onun satılmasının tərəfdarı idi. 
Marsyal MY-də 2015-ci ildən çıxış edir.