“Mançester Yunayted”in yeni baş məşqçisi Ole-Qunnar Sulşer, “qırmızı şeytanlar” növbəti mövsümdə Çempionlar Liqasında iştirak edəcəyi halda, 2 milyon funt-sterlinq mükafat alacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərənin “The Mirror” nəşri məlumat yayıb. MY rəhbərliyinin Sulşerdən əsas tələbinin mövsümü ilk 4 pillədə tamamlayaraq, komandanın növbəti mövsümdə ÇL-də iştirak etmək olduğu bildirilib.
Sulşerin rəhbərliyi altında ilk matçını səfərdə “Kardiff Siti”yə qarşı keçirən “Mançester Yunayted” 5:1 hesablı qələbə qazanıb.
“Mançester Yunayted” Premyer Liqada 18 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.