Xabi Alonso "Liverpul"un yox, rəqibinin baş məşqçisi ola bilər.
Offsideplus.az xəbər verir ki, dünya futbolunun ən uğurlu məşqçilərindən biri olan Pep Qvardiolanın mövsüm sonunda "şəhərlilər"dən ayrıla biləcəyi iddiaları getdikcə güclənir.
Klub rəhbərliyi isə vaxt itirmədən dünyanın ən perspektivli mütəxəssislərindən biri hesab olunan Xabi Alonsonu hədəf seçib.
Mançester təmsilçisinin rəhbərliyi hesab edir ki, Alonsonun taktiki fəlsəfəsi Qvardiolanın qurduğu sistemlə mükəmməl uyğunlaşır.
O, həm oyunçu kimi Qvardiolanın rəhbərliyi altında çıxış edib, həm də məşqçi kimi onun prinsiplərini müasir futbola uğurla tətbiq edib.


