"Arsenal"ın sabiq futbolçusu Aaron Remzi 35 yaşında peşəkar karyerasını başa vurduğunu elan edib.
Offsideplus.az xəbər verir ki, ötən ilin oktyabrında Meksikanın "Pumas" klubundan ayrıldıqdan sonra azad agent statusu daşıyan təcrübəli yarımmüdafiəçi, rəsmən futboldan getdiyini açıqlayıb.
Təxminən 20 illik parlaq karyerası ərzində "Arsenal" ilə 3 dəfə İngiltərə Kubokunu qazanan, həmçinin "Yuventus" və "Nitsa" kimi klubların formasını geyinən Remzi, qərarını sosial media hesabından paylaşıb.
O, vida məktubunda ailəsinə, məşqçilərinə və xüsusilə Uels yığmasının azarkeşlərinə təşəkkür edib: "Bu, asan qərar olmadı. Uels formasını geyinmək və bu inanılmaz anları yaşamaq mənim üçün böyük şərəf idi. Arzularımı reallığa çevirməkdə kömək edən bütün klublara və hər zaman yanımda olan ailəmə minnətdaram".


