FC flyweight (ən yüngül çəki) çempionu Coşua Vanın zədələnməsi səbəbindən Tatsuro Taira ilə çempionluq döyüşü təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, aprelin 11-nə (UFC 327) planlaşdırılan qarşılaşma mayın 9-da keçiriləcək UFC 328 turnirinə keçirilib.
Qeyd edək ki, Coşua Van kəməri 2025-ci ilin dekabrında Alexandre Pantoyanı məğlub edərək qazanıb. Taira isə 16-2-lik rekordla (UFC-də 9-1) iddialı namizədlərdən sayılır.
Bu təxirəsalma ilə əlaqədar UFC 327-nin yeni "co-main" (şərikli əsas) döyüşü Azmat Murzakanov və Paulo Kosta arasında baş tutacaq yarım ağır çəki qarşılaşması olacaq.


