UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün oyunu Madriddə keçiriləcək. "Real Madrid" "Santyaqo Bernabeu"da "Bayern Münhen"i qəbul edəcək.
Digər matçda isə Lissabonda "Sportinq" və "Arsenal" üz-üzə gələcək.
Cavab qarşılaşmaları aprelin 15-də oynanılacaq.
Çempionlar Liqası, 1/4 final ilk oyunlar
7 aprel (çərşənbə axşamı)
23:00 "Real Madrid" - "Bayern Münhen"
23:00 "Sportinq" - "Arsenal"


