ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il DÇ-na qatılmaq xəyalları Bosniya və Herseqovina məğlubiyyəti ilə suya düşən İtaliya baş məşqçisiz qalıb.
Offsideplus.az xəbər verir ki, Cennaro Qattuzonun istefasından sonra İtaliya millisi böyük "yenidənqurma" mərhələsinə qədəm qoyub.
Baş məşqçi postuna namizədlər arasında Roberto Mançini, Massimiliano Alleqri və Pep Qvardiola kimi nəhəng simaların adı çəkilsə də, əsas hədəf isə Antonio Kontedir.
Hazırda "Napoli"ni çalışdıran və 2027-ci ilə qədər müqaviləsi olan Konte milli komanda üçün ən güclü namizəd hesab olunur.
2014-2016-cı illər aralığında "göy mavilər"ə rəhbərlik edən 56 yaşlı mütəxəssis Avro-2016-da Almaniyaya penaltilər seriyasında uduzana qədər nümayiş etdirdiyi futbolla böyük rəğbət qazanmışdı.
Təcrübəli mütəxəssisin "Napoli" ilə uzunmüddətli müqaviləsinin olması bu geri dönüşün qarşısındakı ən böyük əngəl kimi görülür.


