Gənclər arasında Çempionlar Liqasında mübarizə aparan "Sabah" basketbol klubunun U-18 komandası bu gün ilk oyununa çıxır.

Offsideplus.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan təmsilçisi ilk matçında Bosniya və Herseqovinanın İqokea kollektivi ilə qarşılaşacaq. Laktasi şəhərində baş tutacaq bu görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Təmsilçimiz qrupdakı ikinci oyununu isə sabah Almaniyanın "Porşe BBA Lyudviqsburq" komandasına qarşı keçirəcək.

Reqlamentə əsasən, yalnız qrup liderləri yarımfinal mərhələsinə adlaya biləcəklər. Qrupu ikinci pillədə tamamlayanlar 5-8-ci, sonuncu olanlar isə 9-12-ci yerlər üçün mübarizəni davam etdirəcəklər.