"Real Madrid" klubu Antonio Rüdigeri komandada saxlamaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, onun başan çatan müqaviləsi bir illik uzadılacaq. "Kral klubu" almaniyalı müdafiəçidən məmnundur.

Bu barədə "Diario AS" məlumat yayıb.

Rudigerlə müqavilə uzadılmağında əsas səbəblərdən biri onun qayıdışından sonra müdafiə xəttinə gətirdiyi sabitlikdir.

O, son 10 oyunun 8-də əsas heyətdə yer alıb.

33 yaşlı müdafiəçi 2022-ci ilin yayından "Real Madrid"də çıxış edir. O, cari mövsüm 19 oyunda 1 qol vurmağı bacarıb.