"Mançester Yunayted" təcrübəli müdafiəçisi Harri Maquayrın müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb. Onun hazırki kontraktı cari mövsümün sonunda başa çatırdı.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Maquayr 2019-cu ildən "qırmızı şeytanlar"da çıxış edir. O, burada 266 oyun keçirib.


