"Old Trafford"da yeni era hazırlıqları çərçivəsində rəhbərliyin siyahısına daha bir iddialı ad daxil olub.
Offsideplus.az xəbər verir ki, hazırda İtaliya A Seriyasında "Komo" klubu ilə nümayiş etdirdiyi cəsarətli futbolla diqqətləri üzərinə çəkən Sesk Fabreqas "Mançester Yunayted"in təklifinə müsbət cavab verməyə hazır olduğunu mesajını verib.
Futbolçu karyerası ərzində intellektual oyunu ilə seçilən Fabreqasın məşqçilik üslubu "Mançester Yunayted" rəhbərliyinin marağına səbəb olub. Gənc mütəxəssisin müasir futbol fəlsəfəsinin klubun gələcək layihəsinə uyğun gəldiyi vurğulanır.
İngiltərə mətbuatının yaydığı məlumata görə, Fabreqas "Mançester Yunayted" kimi dünya nəhəngini idarə etmək fürsətini karyerası üçün növbəti böyük addım kimi görür və bu rolu qəbul etməyə tamamilə açıqdır.
"Arsenal"ın keçmiş kapitanı olan bir ismin "Yunayted"in başına keçmə ehtimalı indidən azarkeşlər arasında böyük müzakirələrə yol açıb.


