Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ilk görüşləri baş tutub.
Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçirilib. Günün ilk matçında "Xilasedici" "Murov Az Terminal" komandasını 3:0 (25:20, 25:18, 25:18) hesabı ilə üstələyib. Digər oyunda isə "Ordu" "Neftçi"yə şans tanımayıb – 3:0 (25:12, 25:14, 25:16).
Komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də təşkil olunacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi iki oyundan ibarətdir. Əgər qələbə sayı bərabər olarsa, finalçını müəyyən etmək üçün "qızıl set" oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici matçlar isə cəmi bir oyundan ibarət olacaq.


