Misli Premyer Liqasının XXVI turunda "Sabah" səfərdə "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşçqisi Valdas Dambrauskas matçı şərh edib:

"Sabah" ailəsini qalibiyyət münasibətilə təbrik edirəm. Bu gün çox yaxşı qələbə qazandıq. Oyunun əvvəlində yaxşı başlamadıq. Dəfələrlə geridönüş etdik, matçı bitirmək imkanlarımız çox oldu. Layiqli qələbə qazandıq. Qələbə üçün məmnunam. 3 gündən sonra yeni oyunumuz gəlir. Bu oyunu unudub, növbəti matçlara hazırlaşacağıq".