"Turan Tovuz" yenidən öz meydanında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.
Bölgə təmsilçisinin "Sumqayıt"la baş tutacaq oyunu burada keçiriləcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" görüşü aprelin 12-də oynanılacaq.


