"Şamaxı" Misli Premyer Liqasının XXVI turunda "Zirə" ilə heç-heçə edib - 1:1.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov görüşdən sonra baş tutan mətbuat konfransında oyunu şərh edib:

"Maraqlı və gərgin oyun idi. İkinci hissə bilirdik ki, təzyiq olacaq. Qırmızı almaq biraz çətinlik yaratdı, amma qoldan sonra da dağılmadıq.

10 nəfərlə "Zirə" kimi komandadan xal almaq uğurdu. İstəyimiz sona kimi belə davam etməkdir".

O, Dioqo Balauya əsəbləşdiyi epizod barədə isə bunları deyib:

"O, çox rahat oynayırdı, irəliyə oynamaq istəyirdik, təəssüf ki, belə oldu, növbəti oyun üçün itkilərimiz çoxdur".