"Zirə" Misli Premyer Liqasının XXVI turunda "Şamaxı" ilə heç-heçəyə razı oldu.

Offsideplus.az xəbər verir ki, "Zirə" məşqçisi Vüqar Məmmədov görüşdən sonra baş tutan mətbuat konfransında oyunla bağlı fikirlərini söyləyib:

"90 dəqiqə üstün oynadıq, 4-5 top fərqlə uda biləcəyimiz matçda 1 xala razı olduq. Futbolçular yaxşı başlamışdı, bu futboldur alınmayanda alınmır".

O, "Neftçi" ilə xal fərqinin azalmasına da münasibət bildirib:

"Biz hər oyuna tək-tək hazırlaşırıq, maksimum hazırlaşırıq. Biz hər oyuna xüsusi hazırlaşıb yaxşı yerləri təmin edəcəyik".

V. Məmmədov Ruan Renatonun istifadə edə bilmədiyi penalti barəsində isə bunları deyib:

"Komandada penaltiləri Qismət və Ruan yerinə yetirir, bu gün bizim günümüz deyildi, 2 xal itirdik".