Dünya futbolu ağır itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, rumıniyalı əfsanəvi məşqçi Mirça Luçesku 15 dəqiqə əvvəl, 80 yaşında vəfat edib.

​Təcrübəli mütəxəssis bir müddət əvvəl keçirdiyi ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, dünya futbolunun ən titullu məşqçilərindən birinin həyatını xilas etmək mümkün olmayıb.

​Mirça Luçesku təkcə Rumıniya futbolunun deyil, həm də dünya futbolunun ən parlaq simalarından biri idi. O, karyerası ərzində qazandığı 35-dən çox titulla futbol tarixinə adını qızıl hərflərlə yazdırıb.

​Həm "Qalatasaray", həm də "Beşiktaş" klublarını Türkiyə çempionu edib. "Qalatasaray" ilə 2000-ci ildə UEFA Superkubokunu qazanaraq tarixi uğura imza atıb.

Ukrayna təmsilçisi "Şaxtyor Donetsk" klubunda 12 il keçirərək klubu Avropa nəhənginə çevirib və 2009-cu ildə UEFA Kubokunu başı üzərinə qaldırıb.

​O, karyerası boyunca "Dinamo Kiyev", "İnter", "Zenit" və "Rapid Buxarest" kimi tanınmış klubları, həmçinin Rumıniya və Türkiyə milli komandalarını çalışdırıb.