Dünya futbolunun nüfuzlu nəşrlərindən olan "France Football" tarixin ən yaxşı 50 baş məşqçisinin adını müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, siyahı hazırlanarkən mütəxəssislərin qazandığı kuboklar, komandalarına qazandırdıqları oyun fəlsəfəsi və futbol tarixinə göstərdikləri ümumi təsir əsas götürülüb.
Reytinqin zirvəsində "total futbol" ideologiyasının atası hesab edilən və "Ayaks" ilə böyük uğurlar qazanan niderlandlı Rinus Mixels qərarlaşıb. İkinci pillədə "Mançester Yunayted" klubunun əfsanəsi Ser Aleks Ferqyuson, üçüncü yerdə isə "Milan"da inqilab edən Arriqo Sakki yer alıb.
Müasir dövrün ən uğurlu məşqçilərindən olan Pep Qvardiola 5-ci, Karlo Ançelotti isə 8-ci pillədə özünə yer tapıb.
Tam Siyahı:
-
Rinus Mixels
-
Ser Aleks Ferqyuson
-
Arriqo Sakki
-
Yohan Kroyff
-
Pep Qvardiola
-
Valeri Lobanovski
-
Elenio Errera
-
Karlo Ançelotti
-
Ernst Happel
-
Bill Şenkli
-
Mett Basbi
-
Covanni Trapattoni
-
Joze Mourinyo
-
Migel Munyos
-
Brayan Klaf
-
Marçello Lippi
-
Nereo Rokko
-
Luis Van Qal
-
Ottmar Hitsfeld
-
Bela Quttmann
-
Fabio Kapello
-
Zinəddin Zidan
-
Viktor Maslov
-
Herbert Çapmen
-
Yupp Haynkes
-
Bob Peysli
-
Yürgen Klopp
-
Alber Battyö
-
Quus Hiddink
-
Udo Lattek
-
Dieqo Simeone
-
Arsen Venger
-
Visente del Boske
-
Cok Steyn
-
Tele Santana
-
Vik Bokinqem
-
Rafael Benites
-
Hennes Vaysvayler
-
Bobbi Robson
-
Dettmar Kramer
-
Mirça Luçesku
-
Tomislav İviç
-
Ştefan Kovaç
-
Luis Araqones
-
Frank Raykard
-
Otto Rehhagel
-
Raymon Qotals
-
Marselo Bielsa
-
Antonio Konte
-
Jan-Klod Süodo


