Yürgen Kloppun agenti baş məşqçi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, məşhur mütəxəssis "Liverpul"dan ayrıldıqdan sonra həm" Mançester Yunayted", həm də "Çelsi" onu komandalarına gətirməyə çalışıb.

Agentin sözlərinə görə, hər iki klub Kloppun xidmətlərini əldə etmək üçün ciddi maraq göstərib, lakin yekunda qərar başqa istiqamətdə verilib.