Mahir Emreli "Kayzerslautern"dəki gələcəyi şübhə altında idi. Onun komandadan ayrılacağı düşünülürdü.
Lakin 28 yaşlı hücumçu bunun baş verməyəcəyini bildirib.
O, "Offsideplus.az" saytına açıqlamasında klubun idman direktoru və prezidentin onu buraxmayacağını deyib.
Qeyd edək ki, M. Emreli "Kayzerslautern"ə bu ilin yayında qoşulub. O, burada 5 oyuna çıxıb və 1 qol vurub.



