Bu axşam "Neftçi" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyunu çərçivəsində Avstriyada "Rapid"lə qarşılaşacaq.
Maraq üçün qeyd edim ki, "ağ -qaralar" klub tarixində ikinci dəfə sözügedən ölkənin təmsilçiləri ilə üz-üzə gəlir. Belə ki, hazırkı adı UEFA Avropa Liqası, keçmişdə isə UEFA kuboku adlanan turnirin 2007/2008 mövsümündə 1-ci təsnifat mərhələsində "Rid"lə qarşılaşan paytaxt təmsilçisi iki görüşün nəticəsinə görə (s.1-3, e. 2-1) mübarizəni dayandırmışdı.
Ümid edək ki, "Neftçi" "Rapid"lə görüşdə bu mənada ümumi hesabı bərabərləşdirəcək, ən əsası sərfəli nəticə ilə geri dönəcək...
Hə, onu da xatırladım ki, səhv etmirəmsə, həmin oyunda "ağ -qaralar"ın baş məşqçisi bu gün Azərbaycan futbolunu türklər demiş "ayaqda" saxlayan Qurban Qurbanov idi. ("Ağ-qaralar"dan məhz bu oyunlardan sonra yolları ayrılan mütəxəssis "Qarabağ"a baş məşqçi təyin olundu və bu gün etibarı ilə gəlinən mövqe göz önündədir).
Fəqan İbrahimli