Dünən Türkiyə futbol camiası üçün çox hərarətli dəqiqələr yaşanıb.
Offsideplus.az xəbər verir ki, dünən axşam Türkiyənin bir sıra şərhçiləri arasında böyük qalmaqal yaşanıb.Yaşanan hadisələri bir xəbər ətrafında toplamaq nə qədər çətin olsa da qısaca baş verənlərə nəzər salaq:
1.İlk öncə "NTV Spor"da idman verlişinin mütəmadi qonağı olan türk futbolunun əfsanəsi Rıdvan Dilmən "Başakşəhər"-"Qalatasaray" oyununu şərh edərkən mövzunu dəyişərək digər medya işçilərinə tənqid dolu mesajlar göndərməyə başladı.O, bir sıra şərhçiləri, içərisində Ersin Düzən və qəzet yazarı olan İbrahim Seten də daxil olmaqla digər bəzi spikerləri "FETÖ"-yə çalışmaqda və şike yə əl atmaqda günahlandırdı.Rıdvan Dilmen Ərsin Düzənə ayrıca parantez açaraq onun Türkiyə Futbol Federasiyasına "işlədiyini" deyib, adının satqınlıq məsələlərində hallandığını bildirdi.Ayrıca onun maliyyə məsələlərinə də şübhə ilə yanaşdığını qeyd etdi.
2.Bu hadisələrin ardından "TGRT Bloomberg"də işləyən Fateh Altaylının sözləri işə gündəmi zəbt etdi.O, Rıdvan Dilmenin sözlərinə qatılaraq Ersin Düzenin aylıq 5000 lirə maaş almaqda ittiham elədi.
3.Daha sonra tanınmış futbol spikeri Ərcan Tanərin də məsələyə qatılması ilə qalmaqal böyüdü.Spiker Ərsinin tərəfini saxlayaraq onu ittiham edənləri tənqid etdi: "Mən məsələni araşdırmaq üçün Fatih Altaylıya zəng etdim, lakin o telefonumu açmadı".Bu tənqidlərə cavab olaraq Fatih Altaylı canlı yayımda telefonunu göstərək belə bir şeyin olmadığını göstərdi.Hər iki tərəf qəzəblərini "Twitter"də büruzə verərkən, bugün verilən açıqlamanın ardından Ərcan Tanər bu "twit"ləri onun atmadığını qeyd etdi.
4. Nəhayət tənqid hədəfinə çevrilən Ərsin Düzən ona qarşı edilən ittihamlarla sərt cavab verdi.O, "Trt Spor"-da verliş vaxtını saxlayaraq məsələyə geniş açıqlama verdi: "Bugünə kimi nə mənim, nə də ailəmin boğazından haram tikə keçməyib.Əgər mənim 5000 lirə aldığımı iddia edən bunu sübut edə biləcəksə, mən birdaha televiziyaya çıxmaram.Yox əgər hərşeyin böhtan olduğu başa düşüləndə Fateh bəy nə edəcək?!"
Yaşanan bu gərgin ittihamların ardından məsələ siyasiləşməyə getdiyi təqdirdə məsələdə adı hallanan spikerlər barəsində məhkəmə işi açılması ehtimalı böyükdür.