Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün 2 idman növü üzrə təmsilçilərimiz mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətlərində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdiriblər. Azərbaycan millisi 14 iştirakçı arasında 8-ci yeri tutub. Bununla da yığmamız final mərhələsinə vəsiqə qazanıb.
Gimnastlarımız halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb. Yığmamız iki hərəkətin cəmində hesabını 62,000 xala çatdırıb.
Qeyd edək ki, təsnifat mərhələsinin 8 ən yaxşısı sabah baş tutacaq final raundunda iştirak edəcək. Həlledici mərhələ Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Sərbəst güləşçimiz Turan Bayramov mübarizəyə 1/8 finaldan başlayıb. Avropa Çempionatlarının üçqat mükafatçısı ilk qarşılaşmada albaniyalı Çermen Valiyevlə görüşüb. Bayramov 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:4 hesabı ilə uduzub.
Giorgi Meşvildişvili 1/4 finala vəsiqə üçün misirli Diaeldin Abdelmottaleb qarşılaşıb. Görüş qitə çempionatlarında iki bürünc qazanmış təmsilçimizin qələbəsi ilə başa çatıb. O, 4:0 hesabı ilə qalib gəlib. Meşvildişvili ardınca Lxaqvaqerel Munxtura (Monqolustan) da gücünü göstərib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.
Bu gecə saat 00:34-dən etibarən boksçumuz Alfonso Dominqes (92 kq) finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək.