Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan Azərbaycan para-üzgüçüsü Roman Saley təəssüratlarını bölüşüb.

Offsideplus.az-ın məlumatına görə, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bütün rəqiblərini qabaqlayan idmançı Tokio paralimpiadasındakı nəticələrimdən məmnun olduğunu bildirib: "Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Artıq üçüncü qızıl medalımı əldə etdim. Hər şeyə görə çox sağ olun".