Misli Premyer Liqasının XV tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, turun əsas matçı Tovuzda baş tutub.

"Turan Tovuz" "Sabah"ı qəbul edib.

"Bayquşlar" özünü qonaq kimi aparmayıb.

Onlar 3:1 hesabı ilə rəqibini məğlub edib.

"Sabah" bu qələbə ilə liderliyə yüksəlib. Onların aktivində 31 xal var.

"Turan Tovuz" isə 24 xalla 5-ci yerdədir.

Misli Premyer Liqası, XV tur

13 dekabr (şənbə)

16:30 “Turan Tovuz” – “Sabah” 1:3

Qollar: Filip Ozobiç, 82 - Coy Lens Mikels, 31, Velko Simiç, 68, Umarali Raxmonaliyev, 79.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

Tovuz şəhər stadionu