Misli Premyer Liqasında cari mövsümün yeni tamaşaçı rekordu qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

XXII turun "Qarabağ" – "Sabah" matçını (3:3) Tofiq Bəhramov adına Respublika stadionunda 10 361 tamaşaçı izləyib. Bununla da, 2025-ci il noyabrın 21-də "Sumqayıt" – "Qarabağ" görüşündə qeydə alınan əvvəlki rekord (9 100 azarkeş) geridə qalıb.

Maraqlıdır ki, bu göstərici təkcə cari mövsümün deyil, son 8 ilin ən yüksək rəqəmidir. Azərbaycan çempionatlarında bundan daha çox azarkeş sonuncu dəfə 2017/2018 mövsümündə — 2017-ci il noyabrın 5-də Gəncədə keçirilən "Kəpəz" – "Qarabağ" matçında (13 300 azarkeş) qeydə alınmışdı.