Misli Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" oyunundakı tamaşaçı sayı bəlli olub.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşmanı 10361 azarkeş izləyib.
Bu barədə məlumat PFL-nin rəsmi saytında qeyd olunur.
Bu isə mövsümün azarkeş rekordunun qırılması deməkdir.


