Azərbaycan çempionatlarının yüksək liqa tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu heç-heçə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXII turunda baş tutan “Qarabağ” – “Sabah” görüşü (3:3) bu statistikaya daxil olub. 1992-ci ildən bəri keçirilən turnirlərdə cəmi 1 dəfə 6:6, 1 dəfə 4:4 və 16 dəfə 3:3 hesabı qeydə alınıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

İlk dəfə eyni komandalar arasında iki belə məhsuldar heç-heçə qeydə alınıb. Maraqlıdır ki, hər iki komanda 2023/24 mövsümünün XXII turunda da (11 fevral 2024-cü il) Tofiq Bəhramov adına Respublika stadionunda 3:3 hesabı ilə ayrılmışdı.

"Sabah" tarixində 4-cü dəfə Premyer Liqada yüksək məhsuldarlıqlı heç-heçəyə imza ataraq "Kəpəz" və "Turan"ın rekordunu təkrarlayıb.

"Qarabağ" isə yalnız "Sabah"la oyunlarda 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

Qeyd edək ki, hər iki məhsuldar sülh "Qarabağ"ın meydanında reallaşıb.