"Kəpəz"in futbolçusu Rauf Hüseynli üçün ötən gün oynanılan "Araz-Naxçıvan"la matç əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, bu görüşdə yüksək dəstədə 100-cü oyununu keçirib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.
R. Hüseynli 5 klubun heyətində çıxış edib. 25 yaşlı müdafiəçi "Kəpəz"də 33 (3 qol), "Şamaxı"da 31 (1 qol), "Qəbələ"də 30 (1 qol), "Zirə"də 5, "Qarabağ"da 1 (1 qol) oyun keçirib.



