Misli Premyer Liqasının XIV turunun "Sumqayıt" – "İmişli" (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkiliyanın mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Sumqayıt" ilk hissədə daha üstün futbol oynadı. Fasilədən sonra taktiki dəyişikliklər etdik və bu, ikinci hissədə özünü göstərdi. Daha güclü oynamağa başlamışdıq. Qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik, amma alınmadı. Futbolda şanslardan yararlanmaya bilməyən komandaları cəzalandırırlar. Qoldan sonra da hesabı bərabərləşdirə bilərdik."

“Legionerlərin bu qədər çox olduğu heyətlə 9-cu pillədə gedirsinizsə, yerlilərə üstünlük versəniz neçənci pillədə ola bilərsiniz?” sualını cavablandıran Kaşkiliya bildirib:
"Mən məşqçi kimi fərq qoymuram – futbolçu əcnəbi və ya yerli olmasının heç bir önəmi yoxdur. Kim daha yaxşıdırsa, əsas heyətdə yerini alır."

Matçın sonlarında baş verən insidentlə bağlı sualı da cavablandıran mütəxəssis deyib:
"Hər iki tərəf həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü düzgün aparmadı. Futbol emosional oyundur, hər kəs özünü cilovlamağı bacarmalıdır."

“Mövsümdə üçüncü dəfədir ki, penaltini qola çevirə bilmirsiniz. Problem nədədir?” sualına isə baş məşqçi belə cavab verib:
"Bu suala cavab tapmaq çətindir. Məşqlərdə penalti üzərində işləyirik, amma oyunda bunu reallaşdırmaq daha çətin və fərqli olur."